İspaniyalı usta aşpazın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb


Digərləri 30 Noy 2018 04:30:00 274 0

İspaniyalı usta aşpazın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

Vaşinqtonda yaşayan ispaniyalı usta aşpaz Xose Andresin fəal humanitar mövqeyi nəzərə alınaraq onun Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ Nümayəndələr Palatasının üzvü konqresmen Con Delani bu məlumatı təsdiq edib.

İspaniyalı usta aşpaz Amerika televiziyasında ən məşhur simalardan biridir. Andres mühacirlərin hüquqlarını fəal müdafiə edir. Onun 2010-cu ildə yaradılmış "World Central Kitchen" şirkəti isə keçən il sentyabr ayında Puerto-Rikonu cənginə almış "Mariya" qasırğasının qurbanlarını yedirtmək üçün yemək hazırlayıb.