Şəmkirdən olan biznesmenin güllələnməsində


Digərləri 30 Noy 2018 00:08:00 375 0

Şəmkirdən olan biznesmenin güllələnməsində

36 yaşlı azərbaycanlı iş adamı Toğrul Tağıyevin Moskva vilayətinin Vidnoye şəhərində qətlə yetirilməsində onun həmyerlilərinin - Heydərov qardaşlarının əli ola bilər.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarından bildiriblər.

Qeyd edək ki, noyabrın 21-də axşam vaxtı yaşayış binasının həyətində naməlum şəxs oraya özünün yolsuzluq avtomobilində gəlmiş Tağıyevə hücum edib (iş adamı burada yaşayırmış). Killer Tağıyevin avtomobilini atəşə tutub. O, xəstəxanaya çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq, orada keçinib. Məlumdur ki, qatil yeddi dəfə atəş açıb.

Fakt üzrə RF CM-nin "qətl törədilməsi" və "qanunsuz silah gəzdirmə" maddələri ilə cinayət işi başlanıb. Hadisə yerində 9 millimetrlik dörd giliz və bir güllə aşkarlanıb. Qətlə yetirilmiş Toğrul Tağıyev Şəmkir rayonunun Düyərli kəndində anadan olub - çoxdan bəri Moskva vilayətində yaşayırmış və Moskvanın ən iri meyvə-tərəvəz topdansatış-pərakəndə bazarı olan "Food City"də ticarətlə məşğul imiş.

Eyni zamanda, məlum olub ki, Tağıyev daha əvvəllər Şəmkirdən olan Heydərov qardaşları ilə ciddi münaqişədə olub. Sonuncular kifayət qədər müddətdir ki, Rusiyada yaşayırlar və Azərbaycanla gediş-gəlişləri yoxdur. Bundan əlavə, qardaşlardan ikisi - Cəbrayıl və Babək hazırda Rusiyada həbsdədirlər. Onlar həmyerlilərindən zorla pul tələb etmə və kriminal qruplaşmalarla əlaqələrdə ittiham ediliblər. Üçüncü qardaş Həsən Heydərov hazırda azadlıqdadır.

Məlumdur ki, bu ilin mart ayında Tağıyevə sui-qəsd olunub. Mənbələrə görə, Tağıyevlə Cəbrayıl Heydərov arasında daha öncə pul üstündə münaqişə baş verib. Heydərov Tağıyevdən müəyyən məbləğdə pul tələb edib, iş adamı isə pulu verməyib. Bu səbəbdən Tağıyevə silahlı hücum baş verib. İş adamı ayağından yaralanıb. Sonra daha bir sui-qəsd baş verib, lakin heç kim xəsarət almayıb.


Xəbərə aid fotolar