İsrail Türkiyə barədə gözlənilməz qərar verdi


Dünya 29 Noy 2018 23:11:00 238 0

İsrail Türkiyə barədə gözlənilməz qərar verdi

İsrail, Türkiyədən deportasiya edilən səfirin yerinə yenisinin təyin olunmayacağını açıqlayıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, İsrail, Türkiyədəki diplomatik təmsilçiliyi azaltmağa qərar verib.

Məsələ ilə bağlı İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Amnon Nahşon açıqlama verib: "İsrail, Qəzzada baş verən hadisələrin arxa planına qarşı yarım il əvvəl Türkiyə rəsmiləri tərəfindən deportasiya edilən Eytan Nayenin yerinə səfir təyin etməməyə qərar verdi".