Dənizdə fırtına qopdu, gəmilər batdı VİDEO


Dünya 29 Noy 2018 23:13:00 299 0

Dənizdə fırtına qopdu, gəmilər batdı  VİDEO

Bu gün səhər saatlarından etibarən İstanbulda dənizdə fırtına qopub, güclü dalğa müşahidə edilib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, ötən gün Türkiyənin Milli Hidrometroloji Bürosu bugünkü hava proqnozunun fırtınalı və qasırğalı olacağı ilə bağlı xəbərdarlıq etmişdi. Artıq bu gündən hava şəraitinin kəskin dəyişdiyi müşahidə edilir. Güclü qasırğa ilə əlaqədar olaraq dənizdə kiçik gəmilər batıb. Qayıqçılar qayıq və gəmiləri xilas etməyə çalışsalar da, səyləri nəticəsiz qalıb.

Bununla yanaşı, güclü fırtına ilə əlaqədar olaraq hava limanında təyyarələrin enişində də problemlər yaranıb. Təyyarələr yerə enmək üçün dəqiqələrcə havada uçmalı olub.