Sileyirəhmin həddi nə qədərdir?


Digərləri 29 Noy 2018 23:15:00 245 0

Sileyirəhmin həddi nə qədərdir?

Sileyi-rəhmin vacibliyi o həddədir ki, onu tərk etmək insana ağrılı əzablar gətirər. Ona görə də hər əməl ki, onu sileyi-rəhm adlandırmaq olar - əgər kimsə onu tərk edərsə, deyərlər ki, qəti- rəhm etmişdir.

Misal üçün, bir zəngin insanın yoxsul qohumu olar, maddi yardıma ehtiyacı olar və ya xəstəsi olar, əgər o, həmin zəngin qohumundan kömək istəyər və o, verməzsə - qəti-rəhm etmiş olar. Əgər ehtiyacı olan pulu verərsə - sileyi-rəhmə əməl etmiş olar.

Əgər zəngin qohumundan elə şey istəyər ki, onun qüdrəti çatar, ancaq əməl etməzsə - bu da qəti-rəhm olar. Məgər o halda ki, istədiyi şey dinə zidd olar, o zaman sileyi-rəhmi qət etmiş sayılmaz.

Əgər qohumu ziyarətə gedər və onu görməyə getməzsə, bu da qəti-rəhm olar.

Sileyi-rəhmin həddini müəyyən etmək üçün ürfə müraciət etmək lazımdır. O əməllər ki, ürfdə sileyi-rəhm sayılar və insan o əməlləri tərk edərsə - o zaman qəti-rəhm etmiş olar.