Allahın peyğəmbərlərə və möminlərə yardımı nə olur?


Digərləri 29 Noy 2018 22:50:00 233 0

Allahın peyğəmbərlərə və möminlərə yardımı nə olur?

Allah möminlərə və rəsullarına yardım edəcəyi vədini vermişdir. Allahın verdiyi bu vədə xüsusi zaman və məkana aid deyildir, əslində tarix boyu həyata keçmişdir. "Həqiqətən Biz Öz peyğəmbərlərimizə və (onlara) iman gətirənlərə dünya həyatında(müharibələrdə qələbə nəsib etməklə və xeyir işləri ilham etməklə) və (peyğəmbərlər, məsumlar və mələklərdən ibarət əməl)şahidlərin(in) ayağa qalxdıqları gündə (Qiyamətdə mükafat və cəzanın icrası istiqamətində) kömək edərik". ("Ğafir" 51).

Allahın peyğəmbər (ə) və möminlərinə yardımı müxtəlif cür cilvə almışdır. Bəzən ülfət və qəlb meyli ilə, bəzən dualarının yerinə yetməsi ilə, bəzən möcüzə ilə, bəzən hökumət əta etməklə, bəzən müharibədə qələbə çalmaqla, bəzən qəlb hüzuru ilə, bəzən düşmənin həlak olması ilə, bəzən qeyb yardımı ilə, bəzən düşmən qəlbində qorxu yaradaraq, bəzən fikir və mədəniyyəti yaymaqla, bəzən xatalardan nicat tapmaqla, bəzən də hiylələri aradan qaldırmaqla...

Son.az deyerler.org-a istinadən bildirir ki, biz gərək qələbə çalmaq sözünü doğru tanıyaq. Qələbə, ancaq düşməni məğlub etmək deyildir, qələbə bir mücahid şəhidin nəsillər üçün uzun zaman örnək olmasıdır. Bu yolla bütün dünya azadiləri qarşısında başı uca olar və Allahın razılığını özünə cəlb edər.

O zaman ki, İbrahimi (ə) atəşə atdılar, öz əqidəsindən əl çəkdimi? Əksinə, öz əqidəsində qaldı və Allah ona nicat verdi. Düşmən məğlub oldu və geri çəkildi.