İxlası necə tanımaq olur?


Digərləri 29 Noy 2018 22:45:00 242 0

İxlası necə tanımaq olur?

İxlas nəfsani sifətdir ki, zahirdə deyil, əməllərin batinində onu görmək olur. Bəs ixlasın nişanələri hansılardır və onları necə tanımaq olar?

1. Saleh əməllə. Saleh əməl və həsənələri yerinə yetirmək, rəzil sifətləri tərk etmək ancaq ixlas olarsa, əhəmiyyətə malik olar.

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, şəhadətləri ixlasla dilinə gətirərsə və onu bir şeylə qarışdırmazsa, behiştə daxil olar".

İmam Əli (ə) ayağa qalxır və buyurur: "Necə ixlasla desin və heç nəyi ona qarışdırmasın?".

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Dünya hərisliyi, onu haram yolla toplamaq, dünyadan razı olmaq - bunlar qarışılanlardırlar. Ona görə də hər kim Allahla görüşər və bu sifətlərdən heç biri onda olmayan halda "Lə iləhə illəllah" deyərsə, behişt onun üçündür. O kəs ki, dünyanı seçər və axirəti tərk edər - atəş ona lazımlıdır".

Həzrət Peyğəmbəri-Əkrəm (s) başqa yerdə buyurur: "Bütün ixlaslar haramlardan çəkinməkdə gizlənmişdir".

2. Təriflənmək istəyin olmasın. Yəni, saleh əməli başqalarının səni tərifləməsi üçün yerinə yetirməyəsən. Niyyətində ancaq Allah olsun.