Bakıda nəhəng ağac restoranın üstünə aşdı


Digərləri 29 Noy 2018 22:26:00 248 0

Bakıda nəhəng ağac restoranın üstünə aşdı

Bakıda Məhəmməd Naxçıvani küçəsində güclü külək təxminən 10 metr hündürlüyündə ağacı aşırıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin yaxınlığında baş verib. İrigövdəli ağac yaxınlıqdakı restoranın üzərinə aşıb.

Nəticədə restoranın dam örtüyü yararsız vəziyyətə düşüb.