Bərəkət nədir?


Digərləri 29 Noy 2018 22:20:00 266 0

Bərəkət nədir?

Bərəkət sözü ərəb sözü olub, dəvənin sinəsini yerə sürtməsi mənasını verir. Dəvənin yerdə əyləşməsinə edilən bir işarədir. Yəni, dəvə artıq yerdə əyləşdi və bədəni sabit və aramdır. Ona görə də ərəblər bu sözü sabit və aram olan sözlərə aid etmişdilər. Misal üçün döyüşdə sabit və tərpənməz qaldılar və geri çəkilmədilər. Və ya su anbarlarına aid edilir, çünki burada su sabit halda qalmaqdadır.

Ona görə də o yerdə ki, bərəkət sözü mala, ömrə, ruziyə şamil olar - o deməkdir ki, Allahın xeyiri onların üzərində sabitdir.

Beləliklə deyə bilərik ki, bərəkət - xeyirə aid edilir ki, hansısa şeydə və ya insanda sabit haldadır. Nəslin bərəkətli olması o mənanı verir ki, yəni həmin insanın övladlarının və nəvələrinin sayı çoxdur.

Yeməkdə bərəkət deyildikdə, sayca daha çox insanı tox edən mənasını daşıyır.

Son.az deyerler.org-a istinadən bildirir ki, vaxtın bərəkətli olması deyildikdə, həmin vaxta çox sayda xeyirli işi daxil edə bilirsən. Halbuki, başqa vaxtı bu qədər zamanda o qədər işi görə bilmirdin.

Dinin hədəfi insanın dünya və axirətdə səadət və xoşbəxtliyi olduğu üçün, dinin nəzərində bərəkət sözü o şeylərə şamil olur ki, orada mənəvi və axirəvi xeyir olar. Və ya dünyavi olsa da, ardınca axirəvi xeyir gətirər. Misal üçün, mələklərin Həzrət İbrahim (ə) haqqında etdikləri dua kimi: "(Mələklər) dedilər: "Allahın rəhməti və Onun bərəkətləri sizin ailənizə olduğu halda, Allahın işinə təəccüb edirsən?! Həqiqətən O, sifət və işləri mədh edilmiş, ümumi lütf və mərhəmət, geniş cəlal sahibidir"". ("Hud" 73).

Ona görə də dində bərəkət deyildikdə mənəvi və axirəvi xeyir nəzərdə tutulur.

O zaman ki, deyirlər Allah bu yeməkdə bərəkət qərar vermişdir, o demək deyildir ki, Allah o yeməyin təbii xasiyyətini aradan aparmışdır və ona başqa xasiyyət əlavə etmişdir. Burada məqsəd budur ki, Allah müxtəlif amilləri bir-birinin kənarında elə qərar vermişdir ki, o zaman ki, bu amillər həmin yeməyə təsir edər, o yemək bərəkətli və şəfa verən olar.