Xəzərdə suyun səviyyəsinin enməsinin əsas səbəbi nədir?


Digərləri 29 Noy 2018 21:43:00 206 0

Xəzərdə suyun səviyyəsinin enməsinin əsas səbəbi nədir?

Yer kürəsində göl sularının 40 faizi dünyanın ən böyük daxili su hövzəsi - Avropa və Asiya arasında uzanıb gedən Xəzər dənizindədir. Böyük akvatoriyasına görə "dəniz" adlanan Xəzər, həmçinin Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan sahilləri boyu nəhəng regionun iqlimini müəyyən edən unikal ekoloji sistemdir. Hazırda bu dəniz-göl özü də qlobal miqyasda baş verən iqlim dəyişikliklərinin təsirinə məruz qalıb və bunun nəticəsində su hövzəsinin səthində temperatur 1 dərəcə selsi yüksəlib. 2015-ci ilə doğru Xəzərdə suyun səviyyəsi 1,5 metr düşüb və bu proses davam etməkdədir.

Xəzərdə suyun səviyyəsi ilə bağlı dəyişikliklər necə baş verir və hansı amillərdən asılıdır? Yaranmış vəziyyətin əsas səbəbi nədir? Dəniz suyunun səviyyəsinin enməsinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Daxili suların dayazlaşması nədən baş verir?

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu və digər sualları noyabrın 29-da "Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzində keçirilən mətbuat konfransında Xəzər Tədqiqatları Mərkəzinin rəhbəri, coğrafiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Çingiz İsmayılov cavablandırıb.

Mütəxəssisin sözlərinə görə, təbiətin bizə məlum olmayan bir çox sirləri var. Məhz bu səbəbdən biz genezis, təbiətdə baş verən dərin proseslər haqqında çox az məlumata malikik. "Xəzərin səviyyəsinin enməsi ilə bağlı bir çox fərziyyələr və şərhlər var. Lakin alimlər bir məsələdə həmfikirdir - burada bir çox amillərin interferensiyası mövcuddur. Bu, təkcə antropogen fəaliyyətlə deyil, həmçinin qlobal iqlim dəyişiklikləri, Günəşin aktivliyi, tektonik proseslər və su balansının dəyişməsi ilə əlaqədardır", -deyə alim bildirib.