Kanada Səudiyyə Ərəbistanının 17 təbəəsinə sanksiya tətbiq edib


Dünya 29 Noy 2018 21:48:00 267 0

Kanada Səudiyyə Ərəbistanının 17 təbəəsinə sanksiya tətbiq edib

Kanada hökuməti jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı şübhəli sayılan Səudiyyə Ərəbistanının 17 təbəəsinə qarşı sanksiya tətbiq edib.

Son.az "Report"a istinadən bildirir ki, "Vaşinqton post" qəzetinin əməkdaşı C.Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.