Ölkədə nar istehsalının artımı gözlənilir


Digərləri 29 Noy 2018 20:44:00 272 0

Ölkədə nar istehsalının artımı gözlənilir

Azərbaycanda nar istehsalı və ixracının artımı gözlənilir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Fərhad Qaraşov deyib.

F.Qaraşovun sözlərinə görə, bu il ölkədə nar istehsalı və ixracının ötən illə müqayisədə 20-25 faiz artımı gözlənilir.

Assosiasiya rəhbəri qeyd edib ki, 2017-ci ildə ölkədə 165 min ton nar istehsal olunub, ixracdan əldə edilən gəlir isə 10 milyon dollar təşkil edib. Assosiasiya rəhbərinin sözlərinə görə, məhsul əsasən MDB və Avropa ölkələrinə, eləcə də az miqdarda ABŞ və Avstraliyaya ixrac edilib: