Ölkəmizə çirkin böhtan:


Digərləri 29 Noy 2018 20:24:00 449 0

Ölkəmizə çirkin böhtan:

Azərbaycanda olan müxalifyönümlü səhifələrdən biri bu ilin may ayında evinə gedərkən naməlum şəxslər tərəfindən döyülən rus teleaparıcı Nataliya Rozinskayanın şəkilini "Azərbaycanda polis şəhid bacısını döydü" başlığı ilə paylaşıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Ruslan Bəşirli qeyd edib. O bildirib ki, xeyli sayda sosial şəbəkə istifadəçisi sözügedən paylaşımın şərh bölümündə polisə təhqiramiz ifadələr ünvanlayıb:

"Əslində isə fotodakı qadın şəhid bacısı deyil, rus teleaparıcıdır".

Qeyd edək ki, sosial şəbəkələrdə məşhur olan "Bizim mentalitet" səhifəsi Nataliya Rozinskayanın şəkilini paylaşaraq onun şəhid bacısı olduğunu və şəhid ailələrinin keçirdiyi aksiyada vəhşicəsinə döyüldüyünü yazıb.