Əlləri yumaqla ciddi xəstəliklərdən qoruna bilərsiniz


Digərləri 29 Noy 2018 19:56:00 229 0

Əlləri yumaqla ciddi xəstəliklərdən qoruna bilərsiniz

Türkiyəli professor İlknur Aydın əlləri yumaqla bir sıra yoluxucu xəstəliklərdən qorunmağın mümkün olduğunu deyib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, İlknur Aydın xüsusən də övladı bağça və məktəbə gedən valideynlərə səslənib. O bildirib ki, körpələr və uşaqların səhhəti viruslara qarşı daha həssas olduğu üçün əl yumaqla onların xəstələnmə ehtimalını azaltmaq olar. Professorun sözlərinə görə, əllər yuyulmadıqda uşaqlar virus və xəstəliyə yoluxan şəxslərin əşyaları ilə təmasda olduqlarından rahatlıqla xəstəliklərə tutula bilirlər.