Rusiyada dünya çempionunu öldürən azərbaycanlıdan


Dünya 29 Noy 2018 19:38:00 216 0

Rusiyada dünya çempionunu öldürən azərbaycanlıdan

Rusiyada pauerliftinq üzrə dünya və Avropa çempionu olan Andrey Draçevi qətlə yetirən Anar Allahverənova 19 il həbs cəzası istənilib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Draçevlər ailəsinin vəkili Yevgeni Şevtsov məlumat verib. 

"Məhkəmə iclasında ittihamçı tərəf dinlənilib. Dövlət ittihamçısı 19 il azadlıqdan məhrum edilmə tələb edib. Müdafiə tərəfi mövqeyini növbəti iclasda çatdıracaq", - hüquqşünas bildirib. 

Xatırladaq ki, 20 avqust 2017-ci ildə Xabarovskda yerləşən kafelərin birinin qarşısında Draçovla təqsirləndirilən şəxs Anar Allahverənov arasında dava düşüb. İstintaq versiyasına görə, təqsirləndirilən şəxs zərərçəkənin baş və bədən nahiyəsinə azı 21 yumruq və təpik zərbəsi endirib.