Türkiyəyə şok: Suriya qaçqınları “bura bizimdir” deyir


Dünya 29 Noy 2018 19:16:00 246 0

Türkiyəyə şok: Suriya qaçqınları “bura bizimdir” deyir

Türkiyənin bir çox şəhərində Suriya mafiyası yaranıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin İYİ Partiyası rəhbərinin köməkçisi Ümid Özdağ deyib. Onun sözlərinə görə, Kilis şəhərində çoxluğa sahiblənən suriyalılar artıq "bura bizim, siz gedəcəksiniz" deməyə başlayıblar:

"Yanlış siyasət ucbatından miqrantlara dünyada ən çox pul xərcləyən ölkə Türkiyə olub. Suriyadakı vətəndaş müharibəsindən ən böyük itki ilə çıxan ölkəyik. Suriyalı qaçqınlar Türkiyənin milli, mədəni, siyasi və geosiyasi strukturunu dəyişdirəcək dərəcədə təhdid yaradıblar. Onların sayları Türkiyənin mədəni və etnik kimliyini dəyişdirəcək sürətlə artmaqdadır. Artıq Türkiyədəki hər 20 adamdan biri suriyalıdır. Bir azdan ərəb azlığı deyə tələbləri yaranacaq, ərəb milliyətçiliyinə dayanan siyasi partiyalar ortaya çıxacaq. Belə bir demoqrafik istila ilə Türkiyədə milli dövlət ayaqda qalmayacaq".

O, bir çox şəhərlərdə suriyalı qaçqınların sayının yerli əhalidən artıq olduğunu deyib: