Bakıda külək 22 ağacı aşırdı,


Digərləri 29 Noy 2018 18:16:00 211 0

Bakıda külək 22 ağacı aşırdı,

Güclü külək paytaxtda fəsadlar törədib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.

Qeyd olunub ki, güclü külək nəticəsində paytaxt ərazisində 22 irigövdəli ağac aşıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tapşırığı ilə Təsərrüfat Birliyi gücləndirilmiş iş rejiminə keçib. Araşdırma zamanı məlum olub ki, hadisə nəticəsində Qoqol küçəsində bir ağac maşının üstünə aşıb. Nəticədə bir nəfər xəsarət alıb.