"Qarabağ"Sportinq" oyununa TANINMIŞLARDAN maraqlı


Şou-biznes 29 Noy 2018 17:28:00 318 0

"Qarabağ"Sportinq" oyununa TANINMIŞLARDAN maraqlı

Bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində bir neçə maraqlı oyun baş tutacaq.

Azərbaycanın futbol azarkeşləri üçün isə şübhəsiz ki, ən maraqlı oyun Bakıda baş tutacaq.

Təmsilçimiz səfərdə 0:2 hesabı ilə məğlub olduğu Portuqaliya "Sportinq"indən Bakıda xal qoparmağa çalışacaq. Pireneylilərin Bakı səfərində bir neçə əsas heyət oyunçusundan məhrum olması da ümidləri artıran məqamlardandır. Ancaq təbii ki, bütün bunlar start fitinə qədər olan fərziyyələtdir. Maraqlıdır, ayrı-ayrı peşələrin tanınmış simaları bu barədə nə düşünür? 

Son.az ölkə.az-ın  "Qarabağ"-Sportinq" oyunu ilə bağlı keçirdiyi sorğunu təqdim edir.

Müğənni, əməkdar artist Baloğlan Əşrəfov hesab edir ki, "Sportinq"in Bakıya ikinci heyətlə gəlməsi daha təhlükəlidir:

"Son zamanlar futbolla bağlı əsəblərim korlanıb. Ona görə də proqnoz verməkdən qorxuram. Deyirəm, birdən mənim proqnozum düz çıxmaz. Oyunlar elə qəribə formada gedir ki, adam inana bilmir. Konkret hesab demirəm, amma istərdim ki, "Qarabağ" udsun. "Sportinq"in Bakıya ikinci heyətlə gəlməsi arxayınlıq yaratmamalıdır. Həmişə ikinci heyətin oyunundan ehtiyat etmişəm. İkinci heyət çalışır özünü məşqçiyə sübut edib birinci heyətə düşsün. 

Bəstəkar-müğənni Murad Arif:

"Qarabağ"a və Qurban Qurbanova sonuna qədər, hər nəticəyə görə dəstəyəm. Heç-heçə ola bilər. Düşünürəm ki, hesabın 1:1, yaxud 2:2 olması daha çox realdır".

Hakim-pedaqoq Ceyhun Haşımov isə oyun barədə proqnoz vermək istəməsə də, "Qarabağ"ın psixoloji hazırlığının daha vacib olduğunu vurğulayıb:

"Bizim oyun öncəsi hansısa proqnoz verməyə ixtiyarımız yoxdur. Bircə onu deyə bilərəm ki, hamı "Sportinq"in ikinci heyətlə gəldiyini yazır. Düşünürlər ki, asan olacaq. Amma ən qorxulusu budur. Çünki ikinci heyət var gücü ilə oynuyacaq ki, əsas heyətə düşsün. B usəbəbdən arxayınıaşmaq olmaz.  "Qarabağ" psixoloji cəhətdən hazır olmalıdır və bu, çox vacibdir",

"Xəzər" televiziyasının idman şərhçisi Ceyhun Rzayev düşünür ki, Ağdam təmsilçisi oyundan üç xalla ayrılmağı bacaracaq:    ""Qarabağ"ın 1-0 hesabı ilə qalib  gələcəyini düşünürəm.  Çox təəssüf edirəm ki, stadionun heç yarısı da dolmayacaq. Azarkeşləri də qınamaq olmur. Bakı Olimpiya Stadionu çox əlverişsiz stadiondur.

Oyun T.B-da keçirilsəydi, tam dolardımı? BƏli, dolardı.

(adsgarden = window.adsgarden || []).push({});