Qarabağdakı erməni hərbçilər Nikol Paşinyan blokuna səs verməyə məcbur ediləcək


Dünya 29 Noy 2018 17:12:00 235 0

Qarabağdakı erməni hərbçilər Nikol Paşinyan blokuna səs verməyə məcbur ediləcək

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki Ermənistan ordusunun hərbçiləri baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın "Mənim addımım" blokuna səs verməyə məcbur ediləcək.

Son.az report-a istinadən xəbər verir ki, bunu hərbçilərin valideynləri bildiriblər.

Vurğulanıb ki, Azərbaycanın işğal altındakı torpaqlarda yerləşdirilən erməni əsgərlər Ermənistandakı valideynlərinə zəng edərək dekabrın 9-da Gorus və Qafana səs verməyə aparılacaqlarını deyiblər. Onlar valideynlərinə həmin tarixdə onlara bu şəhərlərdə görüş imkanı yaradılacağını da söyləyiblər.