Güclü külək AMEAnın parkında ağacı aşırdı


Digərləri 29 Noy 2018 17:16:00 260 0

Güclü külək AMEAnın parkında ağacı aşırdı

Gündüz saatlarından başlayaraq Bakıda güclü külək başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, güclü külək Azərbaycan Milli Elmlər Akademiyasının parkında irigövdəli bir ağacı kökündən çıxarıb.

Aşan ağac ətrafa ciddi ziyan vurmayıb.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları cəlb edilib, ağac ərazidən götürülüb.


Xəbərə aid fotolar