Bakıda iki nəfəri bıçaqlayan gəncə hökm oxundu


Digərləri 29 Noy 2018 16:52:00 181 0

Bakıda iki nəfəri bıçaqlayan gəncə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Müzəffər Sərxanbəyovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az Report-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.