She’s Mercedes qlobaltəşəbbüsü çərçivəsində tədbir keçirildi


Digərləri 29 Noy 2018 17:00:00 275 0

She’s Mercedes qlobaltəşəbbüsü çərçivəsində tədbir keçirildi

22 noyabr 2018-ci ildə Dinamo Hotel Baku-da  Azərbaycanda Daimler AG-nin başnümayəndəliyi "Mercedes-Benz" avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı "AvtoKapital Azərbaycan" şirkəti tərəfindən irəli sürülmüş She's Mercedes qlobaltəşəbbüsü çərçivəsində tədbir keçirilmişdir. 

She's Mercedes dünyanın bir çox ölkələrində alman avtomobil sənayesi məhsullarınıntəqdim etdiyi keyfiyyət və rahatlığı yüksək qiymətləndirən və buna sahib olan çoxsaylıxanımları birləşdirən bir platformadır. 

She's Mercedes platformasında qadınlar bir biri ilə ünsiyyət qura, ideyalarını vətəcrübəsini bölüşə və bir birindən yeni məlumatlar öyrənə bilərlər. 

She's Mercedes təşəbbüsü çərçivəsində avtomobilin idarə edilməsinə dair xüsusiolaraq xanımlar üçün hazırlanmış yeni təkliflər irəli sürülür. 

She's Mercedes təşəbbüsü xanımların əksər insanların  təsəvvür etdiyi bacarıqçərçivəsini genişləndirir. 

Tədbir səmimi bir şəraitdə keçdi. Dinamo Hotel Baku-nun girişində artıq bu xoşaxşamın ab-havası hiss olunurdu. Burada qonaqlar arfanın sədaları altındaqarşılanırdı.