Quldurluqda təqsirləndirilən şəxs: Bekarçılıqdan ürəyim sıxıldı, evə basqın etdim


Digərləri 29 Noy 2018 16:38:54 203 0

Quldurluqda təqsirləndirilən şəxs: Bekarçılıqdan ürəyim sıxıldı, evə basqın etdim

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Cavid Əhmədovun məhkəməsi davam etdirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Cavid Əhmədovun məhkəməsi davam etdirilib. Trend-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. C.Əhmədov elan olunmuş ittihamla özünü təqsirli bilib. O bildirib ki, həmin gün qonşusunun ad günündə spirtli içki qəbul edib: “Anamla tək qalırdım, həmin gün bekarçılıqdan ürəyim sıxılırdı, çox darıxırdım. Evdən suvenir xəncəri götürüb həmin evə getdim. Elə bilirdim ki, orada heç kim yaşamır. Pəncərədən içəri daxil olub qadının yatdığını gördüm və onu oyadıb, 150 manat pul istədim.