“Ürəyim sıxılırdı, oğurluğa getdim” 18 yaşı var...


Digərləri 29 Noy 2018 15:36:00 329 0

“Ürəyim sıxılırdı, oğurluğa getdim”  18 yaşı var...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Cavid Əhmədovun məhkəməsi keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun icraatında olan prosesdə baxış iclası baş tutub.

Dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib. Belə ki, C.Əhmədov sərxoş vəziyyətdə Qaradağ rayonu, Ələt qəsəbəsində yaşayan Nicat Əhmədovun evinə girərək yatan Elnarə Əhmədovanı xəncərlə hədələyərək 150 manat istəyib. Səsə oyanan Nicat Əhmədov onu zərərsizləşdirib.