Gürcüstanın yeni Prezidenti kimdir?


Digərləri 29 Noy 2018 15:28:09 315 0

Gürcüstanın yeni Prezidenti kimdir?

Gürcüstanın yeni Prezidenti kimdir?

Bakı. Salome Zurabişvili Gürcüstanın yeni Prezidenti seçilib. Trend-in məlumatına görə, xanım S.Zurabişvili seçicilərin 59,52 faizinin (1,1 milyon seçici) səsini toplayıb. Digər namizəd Qriqol Vaşadze isə 40,48 faiz səs yığıb. S.Zurabişvili 1952-ci ildə Parisdə gürcü siyasi mühacir ailəsində (1921-ci ildə Gürcüstanı tərk edib) anadan olub. O, Fransa Siyasi Elmlər İnstitutunu bitirdikdən sonra ABŞ-ın Kolumbiya Universitetində təhsil alıb, Rusiyanın tədqiq edilməsi üzrə ixtisaslaşıb. 1974-cü ildən Fransa Xarici İşlər Nazirliyində çalışıb. 2003-cü ilin sonunda Fransanın Gürcüstanda səfiri təyin edilib.