Bu tələbələrə tibb hüququ tədris olunacaq


Digərləri 29 Noy 2018 14:55:00 234 0

Bu tələbələrə tibb hüququ tədris olunacaq

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutu ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında hüquq elminin yeni sahəsi - tibb hüququnun tədris proqramına daxil edilməsi üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva bildirib ki, bu elmin tədris edilməsində məqsəd həkim-pasiyent münasibətlərinin nizamlanmasının hüquqi əsaslarını təmin etməkdir.

Memorandumda hüquq və insan haqları sahəsində birgə elmi əməkdaşlıq, tibb hüququ elminin inkişafı, elmi konfransların, dəyirmi masaların, seminarların təşkil edilməsi, elmi məqalələrin və dərsliklərin nəşri, həmçinin tibb hüququ sahəsində milli qanunvericilik üçün layihə və təkliflərin işlənib hazırlanması, fiziki imkanları məhdud olan şəxslərin təlimi və inklüziv təhsili metodologiyasının inkişafı sahəsində təkliflərin hazırlanması öz əksini tapıb.

A.Mustafayeva qeyd edib ki, artıq institut tərəfindən tibb hüququ üzrə dərslik hazırlanıb və nəşr olunub. Gələn il bu dərslik rus dilində təhsil alan tələbələr və eləcə də geniş auditoriya üçün də əlçatan olacaq.