''Lotu Quli''nin ailəsində 3 gün 3 gecə toy:


Digərləri 29 Noy 2018 14:58:00 416 0

''Lotu Quli''nin ailəsində 3 gün 3 gecə toy:

Azərbaycanlı ''qanuni oğru'' ''Lotu Quli''nin ailəsində toy mərasimi baş tutub.

Son.az xəbər verir ki, unikal.org həmin toyla bağlı maraqlı təfərrüatlar əldə edib. Belə ki, Nadir Səlifovun bacısı qızının Gürcüstanda möhtəşəm toy məclisi keçirilib. ''Lotu Quli''nin bacısı qızı Rusiyada tanınmış azərbaycanlı iş adamı Zakir müəllimin oğlu Samir bəylə ailə həyatı qurub.

Bu toydan öncə Bakıda dəbdəbəli nişan və toy mərasimi olub. Tbilisinin ən məşhur şadlıq saraylarının birində keçirilən toyda tanınmış müğənnilər Ədalət Şükürov, Samir Piriyev, Nazənin, Rüfət Axundov, Bahar Lətifqızı, Şəbnəm Tovuzlu, İbrahim Borçalı, Türkan Vəlizadə, meyxanaçılar Namiq Qaraçuxulu, Vasif Əzimov, Pərviz Bülbülə və tanınmış şairə Nazilə Səfərli iştirak edib.