Geyim mağazasında narkotik satan şəxs tutuldu FOTO


Digərləri 29 Noy 2018 14:37:00 268 0

Geyim mağazasında narkotik satan şəxs tutuldu  FOTO

Kürdəmir rayonunda narkotik maddələrin alğı-satqısı ilə məşğul olan şəxs tutulub.

Son.az report-a istinadən xəbər verir ki, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri operativ və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon sakini Elnur Fərhad oğlu Əlizadə bazarda işlətdiyi geyim mağazasında narkotik maddələri satarkən iş başında yaxalanıb.

O, bu işlə artıq bir ildir məşğul olduğunu etiraf edib və onun işlətdiyi geyim mağazasındakı paltarların arasında gizlədilmiş 7 ədəd kağıza bükülmüş heroin, 1 ədəd kibrit qutusunda marixuana, eləcə də müxtəlif psixotrop tərkibli həblər aşkar edilərək götrülüb. Bundan başqa, E.Əlizadə polis şöbəsinə gətrildikdən sonra onun üzərinə baxış keçirilib və onun üstündən narkotik maddələrin satışından əldə edilmiş 500 manat aşkar edilərək götürülüb.


Xəbərə aid fotolar