Məşhur futbolçu karyerasını bitirdi


İdman 29 Noy 2018 14:25:00 224 0

Məşhur futbolçu karyerasını bitirdi

İrlandiya millisinin sabiq futbolçusu Robbi Kin karyerasını başa vurub.

Goal.az BBC-yə istinadən xəbər verir ki, 38 yaşlı hücumçu İrlandiya yığmasının baş məşqçisi Mik Makkartinin köməkçisi təyin olunub.

Qeyd edək ki, Kin millidə 1998-ci ildə debüt edib. O, bu müddətdə keçirdiyi 145 matçda 68 qol vurub. Veteran forvard karyerası ərzində İngiltərənin Lids, Tottenham, Liverpool, İtaliyanın Milan, ABŞ-ın Los-Anceles Galaxy kimi klubların formasını geyinib. Onun son iş yeri Hindistan Atletico-su olub.