Salyanda evlər yandı


Digərləri 29 Noy 2018 14:14:00 197 0

Salyanda evlər yandı

Salyanda iki ev yanıb.

Bakı. Salyanda iki ev yanıb. FHN-dən Trend-ə verilən məlumata görə, rayonda bir dam altında tikilmiş (mərtəbələrarası örtük taxta konstruksiyalardan, tavanı qamışdan ibarət), ümumi sahəsi 220 kv.m olan (hər mərtəbəsi 110 m²) ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları, dam örtüyü və ev əşyaları 110 m² sahədə və ümumi sahəsi 140 m² olan (hər mərtəbəsi 70 m²) 6 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları, dam örtüyü və ev əşyaları 56 m² sahədə yanıb.