Bakıda həyat yoldaşını öldürməyə cəhd edən elmlər namizədinə hökm oxundu


Digərləri 29 Noy 2018 14:04:00 194 0

Bakıda həyat yoldaşını öldürməyə cəhd edən elmlər namizədinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Azər Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Azər Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Qədirovun ittiham olunduğu Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub və o, 1 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, A.Qədirov münaqişə zəminində həyat yoldaşı Aidə Qədirovanı boynundan bıçaqlayıb.