“Fərman Salmanovla bağlı xəbərə sevinmək hələ tezdir”


Digərləri 29 Noy 2018 13:56:00 249 0

“Fərman Salmanovla bağlı xəbərə sevinmək hələ tezdir”

Sosial şəbəkələrdə Rusiyanın Surqut şəhərindəki hava limanına məşhur azərbaycanlı geoloq Fərman Salmanovun adının verildiyi söylənilir.

Son.az bildirir ki, Surqutda yaşayan və diaspor sahəsində çalışan Azad Seyidov modern.az-a açıqlamasında deyib ki, hələlik qələbədən danışmaq tezdir.

"Çünki nəticələr dekabrın 5-də açıqlanacaq. Sadəcə, indiki səs çoxluğu Fərman Salmanovun adını göstərir. Fərman Salmanovun qələbə çalması barədə yayılan xəbərlər, hələ ki dezinformasiyadır. Yaxşı olar ki, son vaxta qədər səbirli olaq".

Xatırladaq ki, Rusiya Federasiyasının 45 hava limanına ölkənin dahi şəxsiyyətlərinin adlarının verilməsi ilə əlaqədar səsvermə elan edilib. Bu səsverməyə Rusiya tarixində həyati əhəmiyyətli rol oynamış iki azərbaycanlının - Fərman Salmanov və Sabit Orucovun da adları daxil edilib. Müsabiqə noyabrın 30-da bitir. Hələ ki F.Salmanovun adı "Rusiyanın böyük adları" müsabiqəsində ən çox səs toplayan sima olaraq öndə gedir.

Onun rəqibləri Yermak Timofeyeviçlə Aleksandr Flipenkodur.

Müsabiqənin rəsmi nəticələri dekabrın 5-də açıqlanacaq.


Xəbərə aid fotolar