Bilik Fondunun “Kinoklub”unda “Nar bağı”nın yaradıcıları ilə görüş keçirilib


Digərləri 29 Noy 2018 13:51:09 236 0

Bilik Fondunun “Kinoklub”unda “Nar bağı”nın yaradıcıları ilə görüş keçirilib

Azərbaycan Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə rejissor İlqar Nəcəfin çəkdiyi “Nar bağı” filminin nümayişi və yaradıcı heyətlə “Kinoklub” üzvlərinin görüşü olub.

Bakı. Azərbaycan Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə rejissor İlqar Nəcəfin çəkdiyi “Nar bağı” filminin nümayişi və yaradıcı heyətlə “Kinoklub” üzvlərinin görüşü olub. Bilik Fondundan Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən tədbirdə filmin rejissoru İlqar Nəcəf, baş rolların ifaçıları - Xalq artisti Qurban İsmayılov, aktyor Səmimi Fərhad iştirak ediblər. Universitetin dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Əli Əmirli tədbiri açaraq, xarici dildə ən yaxşı filmə görə Oskar mükafatına təqdim olunan “Nar bağı” filminin müxtəlif beynəlxalq film festivallarında mükafatlara layiq görüldüyünü xatırladıb.