Sahilini Xəzərin ləpələri döyən viran olmuş park Dağılmış skamyalar, paslanmış yelləncəklər, aşmış ağaclar...


Digərləri 29 Noy 2018 13:24:16 327 0

Sahilini Xəzərin ləpələri döyən viran olmuş park  Dağılmış skamyalar, paslanmış yelləncəklər, aşmış ağaclar...

Baxımsızlıqdan əziyyət çəkən "Sahil incisi"...

Söhbət Qaradağ rayonu Sahil qəsəbəsində, dəniz kənarındakı parkdan gedir. Qəsəbə sakinlərindən Son.az-a daxil olan məktubda bildirilir ki, onlar parkın bu halından narazıdır.

"20 ilə yaxın olar ki, bu park tikilib. Həm ərazisinin geniş olması, həm də dəniz kənarında yerləşməsinə görə həmişə istirahət üçün bura gəlmişik, uşaqlarımızı, nəvələrimizi gətirmişik. İndi isə parkda əyləşməyə salamat yer belə yoxdur. Əvvəllər burada uşaqların əyləncəsi üçün şərait də vardı".

Qeyd edək ki, parkda olduğumuz müddətdə əraziyə nəzarət edən, qoruyan bir işçiyə rast gəlmədik. Əvəzində isə uçub dağılan səkiləri, xaraba qalan fontanı, yarı qırılmış haldakı daşdan oturacaqlarla rastlaşdıq.

Mavi Xəzərin bir addımlığındakı parkda təbii ağacların çox olması sevindirici haldır. Amma qayğısızlıq zaman-zaman bu yaşıllığın da axırına çıxır. Parkda quruyub qalan ağaclar, ağac ətrafındakı tullantılar, səliqəsizlik baş alıb gedir.