"Məni göstərmə" Qadağan olunmuş yerlərdə siqaret çəkənlər VİDEO FOTO


Digərləri 29 Noy 2018 13:25:00 263 0

"Məni göstərmə"  Qadağan olunmuş yerlərdə siqaret çəkənlər  VİDEO  FOTO

Qapalı məkanlarda siqaret çəkmək qadağan olunsa da, əksər kafe və restoranlarda heç xəbərdaredici yazı da yoxur ki, burada siqaret çəkmək qadağandır. 

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Sakin: "Mən siqaret çəkmədiyimə görə, dəstəkləyirəm, çəkmirəm". Sakin: "Hansısa bir yer olmalıdır, orada dayanıb çəkməlidir". Ötən ilin dekabr ayından qadağan olunmasına dair qanunun qəbul olunmasına baxmayaraq, qapalı yerlərdə siqaret çəkənlərə tez-tez rast gəlinir. Musa Quliyev - Millət vəkili: "Tütün istifadəsinin məhdudlaşdırılması haqqında qanun qəbul olunub. Qanunun icraya yönəldilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edildi. Cənab Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Sonra artıq cərimə sanksiyaları işə düşəcək". Hazırda, demək olar ki, bütün kafelərdə siqaret çəkmək qadağandır yazısı vurulsa da, içəridən tüstü əskik olmur. Hətta divarda bu yazının olmasına baxmayaraq, stollarda külqabıya da rast gəlirsən. Vüqar Səfərli - Vəkil: "Siqaret çəkmək qadağandır yazısından başqa digər məsuliyətlər də var. Əgər fiziki şəxs bu yazıya məhəl qoymadan tütün məmulatından istifadə edirsə, o barədə dərhal tədbirlər görməlidir. Onu bundan çəkindirməlidirlər. Əgər o, bu qanunun tələbinə əməl etmirsə, müvafiq dövlət orqanına, hüquq mühafizə orqanına müraciət etməlidir". Çəkiliş etdiyimiz məkanların əksəriyətində siqaret çəkən müştəriyə və onlara heç bir irad bildirməyən kafe-restoran sahibinə də rast gəldik. Restoran sahibi: "Vallah, mən demişəm. İndi oldu, olmayacaq da". Müştəri: "Məni televizorda göstərməyin. Çəkdim qurtardı da". Vüqar Səfərli - Vəkil: "Qanunun tələbi də budur ki, tütün məmulatlarının istifadəsinin qadağan olunduğu yerlərdə siqaret çəkən vətəndaş mütləq cərimələnməlidir". Musa Quliyev - Millət vəkili: "Bötüvlükdə isə bütün ölkə ərazisində bunun qadağan edilməsi üçün müəyyən vaxtlar lazım olacaq. Hətta İnzibati Xətalar Məcəlləsi işə düşəndən sonra bunu pozmağa meyilli insanlar olacaq". Ekspertlər hesab edir ki, burda əsas məqsəd insanların maarifləndirilməsidir və tütünsüz bir mühitdə yaşamaq mədəniyyətinin formalaşdırılmasıdır.


Xəbərə aid fotolar