Qaxda itkin düşmüş qadın Bakıda tapıldı


Digərləri 29 Noy 2018 13:29:00 232 0

Qaxda itkin düşmüş qadın Bakıda tapıldı

Qax Rayon Polis Şöbəsinə şəhər sakini, ruhi xəstə, 21 yaşlı Zibeydə Əhmədovanın oktyabrın 19-da itkin düşməsi barədə müraciət daxil olub. 

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Qax RPŞ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əhmədova paytaxtın Nəsimi rayonu ərazisində tapılaraq ailə üzvlərinə təhvil verilib.

Pünhan Mirzə Son.az