Bakıda prokuror qızından şok əməl:


Digərləri 29 Noy 2018 13:13:00 284 0

Bakıda prokuror qızından şok əməl:

Bakıda dələduzluqda təqsirli bilinərək həbs edilən Günel Şıxıyevanın daha bir cinayət əməli üzə çıxıb.

Son.az report-a istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlum olub ki, o, tanınmış həkim Qeys Əsədliyə qarşı dələduzluq edib. Cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib və hakim Bəxtiyar Məmmədovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, G.Şıxıyeva Sinqapura turizm səfəri təşkil etmək adı ilə vətəndaşları aldadaraq pul alıb. Aldığı pulun qarşılığında hətta müştərilərə təyyarə biletləri də satan G.Şıxıyevanın əməlləri elə hava limanında üzə çıxıb. Ondan turizm paketini alan müştəri hava limanına çatan zaman təyyarə biletinin saxta olduğunu öyrənib.


Xəbərə aid fotolar