Könül Kərimovanın 11 min manatını qaytardı


Digərləri 29 Noy 2018 12:28:00 250 0

Könül Kərimovanın 11 min manatını qaytardı

Dələduzluqda təqsirləndirilən Məlahət Məmmədova Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimovaya dəymiş zərərin 11 min manatını ödəyib.

Son.az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev bildirib ki, müğənniyə dəymiş 32 min manatdan yalnız 11 min manat ödənilib.

Prokuror çıxışında K.Kərimovanın məhkəmədə qaldırdığı mülki iddiasının təmin edilməsini istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 12-də davam etdiriləcək.