Yeni Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planı layihəsi hazırlanır


Digərləri 29 Noy 2018 12:27:00 259 0

Yeni Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 
Tədbirlər Planı layihəsi hazırlanır

Layihə gələn ilin əvvəllərində hazır olacaq

Bakı. Prezidentin 2018-ci il 30 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın 2019–2025-ci illər üçün Tədbirlər Planının layihəsi hazırlanır. Trend-in məlumatına görə, dövlət başçısının qeyd olunan sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə hazırlanan Tədbirlər Planı layihəsində strategiyada nəzərdə tutulan əsas istiqamətlərə uyğun tədbirlər əksini tapacaq. Həmin istiqamətlər sırasına məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi kimi istiqamətlər daxildir.