“Bir kəmər və bir yol” layihəsi Çinin ixrac təklifinin cəlbediciliyinə müsbət təsir göstərib


Digərləri 29 Noy 2018 12:01:00 273 0

“Bir kəmər və bir yol” layihəsi Çinin ixrac təklifinin cəlbediciliyinə müsbət təsir göstərib

“Bir kəmər və bir yol” layihəsi Çinin ixrac təklifinin cəlbediciliyinə müsbət təsir göstərib.

Bakı. Çin 2010-cu ilin əvvəlində beynəlxalq iqtisadi əməkdaşlığın yeni misilsiz modelini – “Bir kəmər və bir yol” layihəsini təklif edib. Analitiklər Çinin təşəbbüsünü “meqalayihə” adlandırdılar. Bu layihənin həyata keçirilməsi dünya mal dövriyyəsində inqilab edə bilər. Yeni İpək yolundan nə gözləyək? Narahatlıq üçün yeni səbəblər, yoxsa Çindən olan kontagentlərlə uzunmüddətli tərəfdaşlıq münasibətlərini qurmaq şanslarını? 2013-cü ilin payızında Çin hökuməti qərara gəlib ki, İpək yolunu yeniləməyin vaxtı çatıb və “Bir kəmər və bir yol” adlı yeni iqtisadi əməkdaşlıq konsepsiyasını təklif edib. Daha əvvəl mövcud olmuş layihələri birləşdirən konsepsiya yerüstü və dəniz nəqliyyatı infrastrukturunun inkişafı vasitəsilə iqtisadiyyatın qloballaşdırılması və inteqrasiya proseslərinin gücləndirilməsi ideyalarına əsaslanır. Yerüstü nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə təklif edilən mexanizmlər əsasən Çindən Avropaya konteyner daşımalarının işə salınmasına toxunub. İndiyədək yük göndərənlər 90 faiz hallarda dəniz daşımalarına üstünlük veriblər. Bu cür daşımalar ənənəvi olaraq daha sərfəli çatdırılma variantı hesab edilir. Hazırda konteyner qatarları lider mövqelərə çıxırlar. “AsstrA-Associated Traffic AG”nin dəmir yolu daşımaları üzrə eksperti Dmitri Poxodenko izah edir: “Çinin mərkəzləşdirilmiş planlı iqtisadiyyat sistemi şəraitində xüsusi əhəmiyyət qazanan fakt odur ki, İpək yolunda yerüstü marşrutların inkişafı Çin dövlət hakimiyyətinin təşəbbüsüdür. O cümlədən Çindən Avropaya dəmir yolu nəqliyyatı axınının artması Avropa marşrutlarında işləyən dəmir yolu operatorlarının subsidiyalaşdırılması ilə izah edilir. Çin ərazilərindən İpək yolunun keçdiyi ölkələrin dəmir yolu infrastrukturunun inkişafına da sərmayə qoyur. Çinin Dövlət Şurası gözləyir ki, 2020-ci ilədək Avropaya 5000 yük qatarı yola düşəcək. Dəmir yolu əlaqəsinin optimallaşdırılması sistematik xarakter daşıyacaq: Avropa İttifaqı və MDB ölkələrinə müntəzəm yük qatarları göndərən Çinin dəmir yol stansiyalarının sayı hər il artır. Hazırda Avropanın 12 ölkəsində 35-dən çox şəhərlə müntəzəm nəqliyyat əlaqəsi qurulub”. “Bir kəmər və bir yol” təşəbbüsü çərçivəsində dəmir yolu daşımaları təkcə konteyner daşımalarını əhatə etmir, həm də sürət qatarlarından istifadəni nəzərdə turtur. D.Poxodenko qeyd edir: “Sürət qatarı ilə yükün stansiyadan stansiyaya çatdırılma müddəti 12-16 gün təşkil edir. Yük gəmisindən fərqli olaraq, qatar dövlət ərazisinin hüdudlarındakı stansiyaya gəlir. Bunun sayəsində logistik provayder limanda yükə xidmət etməyə vaxt sərf etmir, çatdırılmanın ümumi müddəti azalır. Bununla yanaşı, Çindən olan tərəfdaşlarla biznesin aparılmasının vacib xüsusiyyətini nəzərə almaq lazımdır ki, bu da vahid qiymətin olmamasıdır. Çin ərazisindəki sürət qatarlarının yola düşdüyü bütün stansiyalar təkcə qatarların hərəkət cədvəli ilə deyil, həm də göstərilən xidmətlərin qiyməti ilə də fərqlənir”. D.Poxodenko, həmçinin vurğulayır ki, sürət qatarları istisnasız bütün yük göndərənlərə uyğun gələn universal həll anlamına gəlmir. Sürət qatarları daşıma müddəti kritik önəm kəsb edən müştərilər üçün ideal şəkildə uyğun gəlir. Həmin müştərilər üçün boş dayanma və ya yubanma risklərini aradan qaldırmaq önəmlidir. AsstrA-nın Avropa İttifaqı ölkələri üzrə regional meneceri Andjey İvanov-Kolovkovski izah edir: “Çin Beynəlxalq Yol Daşımaları Konvensiyasına qoşulduqdan sonra xarici daşıyıcılar qarşısında Çinə malları sərbəst şəkildə tədarük etmək, habelə tranzit daşımalarını təşkil etmək imkanı yarandı. Buna qədər xarici nəqliyyat şirkətləri yükləri Çində sərhəd anbarlarına çatdırırdılar. Sonradan çinli daşıyıcılar çatdırmanı sərhəd anbarından son alıcıyadək təşkil etdilər. Bununla yanaşı, Beynəlxalq Yol Daşımaları Konvensiyasına qoşulma sayəsində Çinin nəqliyyat şirkətləri xarici bazarlara giriş əldə etdilər. Çin və Avropa arasında yeni nəqliyyat dəhlizinin yaradılmasında əsas məqsəd Çindən və əks istiqamətdə tədarükləri optimallaşdırmaqdır. Yeni dəhliz nəql müddətini azaltmağa, xərcləri aşağı salmağa və “qapıdan qapıyadək” prinsipi üzrə yüklərin avtomobillə çatdırılması servisini inkişaf etdirməyə imkan verəcək. Bundan başqa, yeni marşrutların yaradılması Yeni İpək yolunun inkişafında böyük addımdır”. “Bir kəmər və bir yol” layihəsi Çinin ixrac təklifinin cəlbediciliyinə müsbət təsir göstərib. Çindən malların ixracı əvvəlkindən daha sərfəli olub. Mövcud vəziyyət dünya mal dövriyyəsində onsuz da qabarıq olan disbalansı dərinləşdirir. Bu o deməkdirmi ki, dünya logistika sahəsinin taleyi Çinin əllərindədir?