Karlsen dünya çempionu titulunu qorudu


İdman 29 Noy 2018 12:00:00 581 0

Karlsen dünya çempionu titulunu qorudu

Norveçli Maqnus Karlsen şahmat üzrə dünya çempionu titulunu qoruyub. 

Goal.az-ın məlumatına görə, 28 yaşlı qrossmeyster şahmat tacı uğrunda görüşdə ABŞ təmsilçisi Fabiano Karuananı tay-breykdə üstələməyi bacarıb. O, hər biri 25 dəqiqədən ibarət rapiddə ardıcıl 3 görüşdə və dörd partiyalıq mini-matçda qələbə qazanıb.

Beləliklə, Karlsen 5 ildir, ələ keçirdiyi dünya çempionluğunu özündə saxlamağı bacarıb.