Bərdədə kütləvi dava ilə bağlı cinayət işi başlandı, iki nəfər həbs edildi


Digərləri 29 Noy 2018 11:50:17 251 0

Bərdədə kütləvi dava ilə bağlı cinayət işi başlandı, iki nəfər həbs edildi

Bərdə rayonunda baş verən kütləvi davanın təfərrüatları məlum olub.

Bakı. Samir Əli - Bərdə rayonunda baş verən kütləvi davanın təfərrüatları məlum olub. Trend-in məlumatına görə, hadisə noyabrın 27-də baş verib. Rayonun Qaradəmirçi kənd sakinləri Ramazanov Orxan Əlikram oğlu, Ramazanov Sərxan Əlikram oğlu, Qurbanov Elnur Dəmir oğlu və Nəzərli Nurlan Əlikram oğlu yaralı vəziyyətdə Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib. Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.2.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, iki və daha artıq şəxsə qarşı təkrar və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə cinayət işi başlanıb. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, hadisə kənd sakini Quliyev Xəyyam Mehman oğlunun Ağayev İntiqam Yaşar oğlu tərəfindən döyüləndən sonra baş verib. Belə ki, X.Quliyevlə İ.Ağayev mübahisə edib və İ.Ağayev onu döyüb. Bundan sonra X. Quliyev döyülməsi barədə qardaşı Ömər Quliyevə məlumat verib.