C qrupunda 3 komanda ÇL, 4 komanda AL "pley-off"una düşə bilər


İdman 29 Noy 2018 11:14:00 335 0

C qrupunda 3 komanda ÇL, 4 komanda AL "pley-off"una düşə bilər

C qrupunda 3 komandanın Çempionlar Liqasının pley-off mərhələsinə, 4 komadanın isə Avropa Liqasının play-off mərhələsinə düşməsi ehtimalı qalır.

Goal.az bütün variantları təqdim edir:

- PSG Crvena Zvezda-nı səfərdə məğlub etdiyi təqdirdə dəqiq ÇL-in pley-offuna yollanır. Bu halda ikinci pilləni Liverpool və Napoli bölüşdürməlidilər. Kloppun komandasına qalib gəlib top buraxmamaq lazımdır. Top buraxdığı halda Liverpool-a 2 və ya daha çox fəqlə qalib gəlmək lazımdır. 2:1 (3:2, 4:3 və s.) şəxsi görüşlərdə italyanlara üstünlük verəcək (onlar Neapolda 1:0 qalib gəliblər). Liverpool 1:0 qalib gəldiyi halda isə top fərqi eyni olacağından qrup mərhələsində daha çox qol vuran komanda irəli gedir – “mersisaydlılar” bu amildə daha üstündülər.

- Napoli-ni heç-heçə və bəzi hallarda məğlubiyyət də irəli aparır. PSG Serbiyada heç-heçə oynasa, Liverpool Napoli-ni məğlub etsə hər şey qarışacaq. Hər üç klubun 9 xalı olacaq və öz aralarında görüşləri saymaq lazım olacaq (Crvena Zvezda-nı nəzərə almadan). Bu halda üstünlük Liverpool-dadır (PSG və Napoli-yə qarşı 6 xal), PSG isə Napoli-ni qol fərqinə görə üstələyəcək.

- Daha bir variantda PSG Crvena Zvezda-ya məğlub olur, Napoli isə Liverpool-a məğlub olur. Bu halda Kloppu Bakıda görmək şansından da məhrum oluruq. (offsideplus)