Avstraliya yanır: 200 yanğın, 10 min


Dünya 29 Noy 2018 11:04:00 663 0

Avstraliya yanır: 200 yanğın, 10 min

Avstraliyanın Kuinslend əyalətində meşə yanğınları tüğyan edir. Havaların həddən artıq isti və quraq keçməsi nəticəsində başlanmış yanğınlar 200 fərqli məkanda qeydə alınıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, alovlar 18 min hektar meşəliyi, 11 malikanəni, 54 avtomobili məhv edib.

10 min nəfər təxliyə olunub. Kuinslendin hakimiyyət dairələri bəyan ediblər ki, evlərini tərk etməyən insanların təhlükəsizliyini təmin edə bilmirlər. Üstəlik, Kuinslenddə alovların tüğyan etdiyi bölgələr arasında sakinlərin təlxiyəsinin mümkünsüz olduğu yerlər artır.


Xəbərə aid fotolar