Salyanda şahin quşunu tutmaq istəyən şəxs cərimələnib


Digərləri 29 Noy 2018 11:08:36 263 0

Salyanda şahin quşunu tutmaq istəyən şəxs cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonunda keçirilən reyd zamanı rayonun Kalmas adlanan ərazisində şahin quşunu ovlamağa cəhd edən şəxs saxlanılıb.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonunda keçirilən reyd zamanı rayonun Kalmas adlanan ərazisində şahin quşunu ovlamağa cəhd edən şəxs saxlanılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı brakonyerin Hacıqabul rayon sakini Fizuli Məmmədov olduğu müəyyən edilib. Ondan şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri, 2 göyərçin quşu götürülüb.