Paytaxt məktəblərində Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir (FOTO)


Digərləri 29 Noy 2018 10:54:00 290 0

Paytaxt məktəblərində Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir (FOTO)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir.

Bakı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir. İdarədən Trend-ə verilən məlumata görə, məktəblərin pedaqoji kollektivi, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və valideynlərin iştirak etdiyi tədbirlərdə məktəblilər görkəmli alim Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı əsasında hazırlanmış tamaşaları səhnələşdirirlər. Tədbirlərdə çıxış edənlər görkəmli yazıçı Mir Cəlal Paşayevin Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, böyük alim və pedaqoq Mir Cəlal Paşayev Azərbaycan ədəbi-bədii fikrində və elmində özünəməxsus yeri olan böyük şəxsiyyətdir.