Gürcüstan ilk qadın prezidentini seçdi


Dünya 29 Noy 2018 10:24:05 269 0

Gürcüstan ilk qadın prezidentini seçdi

Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, prezidentliyə namizəd Salome Zurabişvili səslərin 59.56 faizini toplayaraq qələbə qazanıb. Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat verib. Məlumata əsasən, artıq bülletenlərin 99.7 faizi sayılıb və müstəqil namizəd Salome qələbə qazanıb.

Müxalifətin namizədi Qriqol Vaşadze 40.44 faiz səs toplayıb.