Türkiyə Hava Yollarının 32 yaşlı satış müdiri Bakıda öldü


Digərləri 29 Noy 2018 10:13:00 232 0

Türkiyə Hava Yollarının 32 yaşlı satış müdiri Bakıda öldü

Türkiyə Hava Yollarının əməkdaşı Bakıda dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

1986-cı il təvəllüdlü Caner Erdemin yaşadığı Xətai rayonu, Sabit Orucov küçəsi, 1188-ci məhəllə, ev 17 c, 596 nömrəli evdə vəziyyəti qəfil pisləşib. C.Erdem qısa müddət ərzində ürək çatışmazlığından dünyasını dəyişib.

C.Erdem Türkiyə Hava Yollarının satış müdiri vəzifəsində çalışırmış.

Hadisədən sonra C.Erdemin meyiti Türkiyənin Azərbaycandakı Səfirliyinin nümayəndələrinin iştirakı ilə müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.