Əsl HALAL: "Mərcan" toyuq brendi beynəlxalq sertifikatını aldı FOTO


Digərləri 29 Noy 2018 10:00:00 297 0

Əsl HALAL: "Mərcan" toyuq brendi beynəlxalq sertifikatını aldı  FOTO

Azərbaycan məhsullarının üzərində daim "eko", "bio", "HALAL", "orqanik", "diyetik" və s. sözləri gözə çarpır. Lakin məhsulun keyfiyyətiylə bağlı bu cür səsli-küylü ifadələr heç də həmişə həqiqəti əks etdirmir. Ona görə də həmvətənlərimiz onlara etibar etmir, daha çox idxal olunan məhsullara üstünlük verirlər. Yerli bir brendin məhsulunu almazdan öncə isə, onun üzərində yazılanları yaxşıca təftiş edirlər.

Azərbaycan istehlakçısını sevindirəcək bir məlumat vermək istəyirik. "Mərcan" toyuqlarının istehsalçısı - yerli şirkət olan "APC" dünyanın ən nüfuzlu sertifikatlaşdırma orqanlarından biri - Malayziyanın "JAKIM" şirkəti tərəfindən verilən HALAL sertifikatını alıb. Bundan sonra "Mərcan" toyuqlarını gözübağlı almaq olar.

Malayziyanın HALAL məhsullarını sertifikatlaşdırma təcrübəsi dünyada örnək hesab olunur. İslamın dövlət dini statusu olduğu bir ölkə HALAL sertifikatının alınması üçün ciddi meyarları ilə fərqlənir. HALAL - İslamda "istifadəsinə icazə verilən" anlamı kəsb edir. "HALAL" sözü insanın istifadəsi üçün faydalı olan, ekoloji cəhətdən təmiz bir məhsul mənasını daşıyır və yalnız düzgün kəsim üsulu ilə məhdudlaşmır. Beynəlxalq sertifikatlaşdırmaya əsasən, HALAL-toyuq tərkibində GMO olmayan, yalnız təbii yemlərlə, təmiz axar su ilə qidalanmalıdır. Kəsim prosesi əziyyətsiz şəkildə həyata keçirilməlidir. Bütün tələbləri uzun bir siyahıda sadalamayaq. Nəhz "Mərcan" toyuqları Azərbaycanda "JAKIM" təşkilatının bütün tələblərinə cavab verən ilk məhsuldur.

Malayziyanın HALAL sertifikatı, "APC" şirkətinin toyuq məhsullarının, beynəlxalq səviyyədə keyfiyyətini təsdiq edən yeganə sənəd deyil. Belə ki, ötən ay ərzində "Mərcan" toyuqları HACCP (təhlükə təhlili və kritik nəzarət nöqtələri) və ISO 22000: 2005 (qida məhsullarının təhlükəsizliyini idarəetmə sistemləri) beynəlxalq sertifikatlarını alıb.

Yerli standartlara gəlincə, "Mərcan" istehsalı və "APC" şirkəti Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinın sertifikatını əldə edib.

Çətin və bahalı proses olmasına baxmayaraq məhsulun istehsal və keyfiyyət sahəsində nailiyyət sertifikatlarını alması bütün şirkətlər üçün üçün vacibdir. Bu sənədlər məhsulun yalnız standartlara uyğunluğunun tanınması deyil, həm də istehlakçıların brendə güvənini artırmaq üçün nəzərdə tutulub. Yerli sertifikasiyaya əlavə olaraq qlobal əhəmiyyətə malik 3 keyfiyyət yoxlamasından keçmək özü artıq məhsulun keyfiyyətinə etibar qazandırır. Bütün bunlar, malların yaxın gələcəkdə piştaxtaya çatacağı yeni, daha ekoloji cəhətdən təmiz və cəlbedici qablaşdırmada əks olunur. Bu kiçik rebrendinq istehlakçıların diqqətini şirkətin keyfiyyətə, ekoloji təmizliyə və yerli ənənələrə olan qayğısına yönəltmək məqsədi daşıyır.


Xəbərə aid fotolar