Bu il ölkədə daşınan sərnişinlərin STATİSTİKASI göstərir ki...


Digərləri 29 Noy 2018 09:31:00 219 0

Bu il ölkədə daşınan sərnişinlərin STATİSTİKASI göstərir ki...

2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 188,9 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artım müşahidə olunub.

Bakı. Elçin Mehdiyev – 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 188,9 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artım müşahidə olunub. Trend-in məlumatına görə, yüklərin 3,6 faizi dəniz, 6,1 faizi dəmir yolu, 0,1 faizi hava, 64,7 faizi avtomobil nəqliyyatı, 25,5 faizi isə boru kəməri ilə daşınıb. 2018-ci ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1 milyard 634,3 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox sərnişinə xidmət göstərib.